Maduro: Venesuelada xalq qoşununun sayı 3,3 milyon nəfərdir

9-12-2019, 06:16           
Maduro: Venesuelada xalq qoşununun sayı 3,3 milyon nəfərdir
Venesuelanın xalq qoşunu sıralarında olan vətəndaşların sayı 3,3 milyon nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə ölkə prezidenti Nikolas Maduro La-Quayra (şimal ştatı Varqasın paytaxtı -red) şəhərində tərəfdarları qarşısında çıxışı zamanı bildirib.

"Bu gün mən Venesuelaya və bütün dünyaya elan edə bilərəm ki, qoşunun (xalq - red) sayı 3 milyon 300 min nəfərə çatıb", - Maduro qeyd edib.

Dövlət başçısının sözlərinə görə, bütün qoşun döyüşçüləri yaxşı "təşkil edilib, təlim görüb, silahlıdır və Venesuelanın bütövlüyünü, müstəqilliyini və asayişini müdafiə etməyə hazırdır".

"2020-ci ildə hədəf - 4 milyon nəfərə nail olmaqdır", - Maduro vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru