Aprel savaşı: Ermənistan Azərbaycana niyə məğlub oldu? – Sərkisyan danışacaq

9-12-2019, 20:54           
Aprel savaşı: Ermənistan Azərbaycana niyə məğlub oldu? – Sərkisyan danışacaq
Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan Azərbaycanla aprel döyüşlərini araşdırmaq üçün yaradılmış komissiyanın qarşısında hesabat verəcək.

Bu barədə komissiyanın rəhbəri Andranik Köçəryan məlumat verib.

Onun sözlərinə görə, ümumilikdə baş verən hadisələri aydınlaşdırmaq üçün komissiyaya 40-a yaxın şəxsin dəvət edilməsi planlaşdırılır, bunların arasında Ermənistanın sabiq prezidenti Serj Sərkisyan da var.

Köçəryan qeyd edib ki, 2016-cı ildə baş verən aprel döyüşləri zamanı o, prezident kimi ali baş komandan olub, buna görə də komissiyaya dəvət edilməsi məntiqlidir. \\Teleqraf












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru