Estoniya karantin tələbi olmadan 22 ölkə ilə sərhədlərini açacaq

31-05-2020, 09:13           
Estoniya karantin tələbi olmadan 22 ölkə ilə sərhədlərini açacaq
Estoniya iyunun 1-dən etibarən Avropa İttifaqının (Aİ) digər ölkələrindən, Şengen ölkələri və Böyük Britaniyadan gələn sərnişinlər üçün sərhədlərini yenidən açacaq.

AZƏRTAC xəbər verir ki, ölkə mayın 28-də 16 dövlətin vətəndaşlarının 14 günlük karantin keçməyəcəyini elan etsə də, növbəti gün həmin siyahını yeniləyərək bu ölkələrin sayını 22-yə çatdırıb.

Hökumətin qərarına əsasən, Avstriya, Bolqarıstan, Hollandiya, Xorvatiya, İslandiya, İtaliya, Yunanıstan, Kipr, Litva, Lüksemburq, Latviya, Norveç, Polşa, Fransa, Rumıniya, Almaniya, Slovakiya, Sloveniya, Finlandiya, Danimarka, Çexiya və Macarıstan vətəndaşları ölkəyə gəldikləri zaman 14 günlük karantin müddəti keçməyəcəklər.

Böyük Britaniya, İsveç, Belçika, İrlandiya, Portuqaliya, Malta və İspaniya vətəndaşları da həmçinin Estoniyaya səfər edə biləcəklər. Lakin bu ölkələrin vətəndaşları 14 gün müddətində karantində qalmalı olacaqlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru