Bir sıra qonşu ölkənin vətəndaşları yenidən Danimarkaya səfər edə biləcəklər

31-05-2020, 09:14           
Bir sıra qonşu ölkənin vətəndaşları yenidən Danimarkaya səfər edə biləcəklər
Bir sıra qonşu ölkənin vətəndaşları yenidən Danimarkaya səfər edə biləcəklər.

AZƏRTAC Danimarka KİV-lərinə istinadən xəbər verir ki, Kopenhagendəki mətbuat konfransında çıxış edən Danimarkanın Baş Naziri Mette Frederiksen, 15 iyun tarixindən etibarən, Norveç, Almaniya və İslandiya vətəndaşlarının krallığa səfər etmək hüququna yenidən sahib olacağını elan edib.

Qərara əsasən, digər qonşu ölkə olan İsveçin vətəndaşları üçün Danimarka sərhədləri bağlı olaraq qalacaq. Belə yanaşmanın səbəbini açıqlayan Danimarkanın Baş Naziri, İsveçdəki COVID-19-a qarşı son dərəcə fərqli bir mübarizə metodunun istifadə edildiyini qeyd edərək, bunun nəticədə Danimarkanın sərhədi açma qərarına təsir etdiyini vurğulayıb.

Bununla belə, beynəlxalq ticarətin və turizmin krallıq iqtisadiyyatı üçün əhəmiyyətini etiraf edən Danimarka hökumətinin başçısı, rəhbərlik etdiyi ölkənin bütün dünyaya təsir edən koronavirus epidemiyasına baxmayaraq, dünyaya açıq qalmaq istədiyini qeyd edib.

Xatırladaq ki, Danimarka bu il mart ayının 14-də COVID-19-a yoluxmuş insanların sayında kəskin artımın qeydə alınması səbəbindən qonşu ölkələrlə sərhədlərini bağlayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.