Avropadan ABŞ-la bağlı şok araşdırma: Ciddi şəkildə...

30-06-2020, 00:02           
Avropadan ABŞ-la bağlı şok araşdırma:
Avropalılar artıq ABŞ-a etibar etmir.

Axar.az xəbər verir ki, bu barədə Avropa Xarici Əlaqələr Şurasının açıqladığı araşdırmanın nəticəsində bildirilib.

Araşdırma prosesinin təşkilatçılarından Ceremi Şapiro avropalıların ABŞ-ın dünyanı idarə etmək bacarığına və qabiliyyətinə inamlarını itirdiyini vurğulayıb.

Araşdırma nəticəsinə əsasən, avropalıların ABŞ-a etibarı ciddi şəkildə sarsılıb.

Avropa ilə ABŞ arasındakı münasibətlərin II Dünya müharibəsindən bəri ən kövrək prosesdən keçdiyini iddia edən avropalılar bu vəziyyətə görə ən böyük məsuliyyətin ABŞ Prezidenti Donald Trampın üzərinə düşdüyünü vurğulayıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru