Qalmaqallı “qara qutu”nun oxunma tarixi məlum oldu

30-06-2020, 09:10           
Qalmaqallı “qara qutu”nun oxunma tarixi məlum oldu
İran səhvən vurulmuş Ukrayna təyyarəsinin “qara qutu”sunun şifrəsini Fransanın iştirakı ilə iyunun 20-də Parisdə açacaq.

İranın “Tasnim” agentliyi xəbər verir ki, bu barədə İran Xarici İşlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Möhsün Baharvənd məlumat verib.

M.Baharvənd bildirib ki, tərəflər, demək olar ki, bütün mübahisəli məqamlar barədə razılıq əldə ediblər.

Qeyd edək ki, yanvarın 8-də İranın Tehran vilayətinin Parand şəhəri yaxınlığında Ukraynaya məxsus təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində 176 nəfər həlak olub. İran Silahlı Qüvvələrinin Baş Qərargahı bəyanat verərək, təyyarənin İranın Havadan Müdafiə Sistemi tərəfindən səhvən vurulduğunu bildirib.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.