İranın nüvə stansiyasına İsrail hücum edib? - ŞOK DETALLAR

4-07-2020, 17:09           
İranın nüvə stansiyasına İsrail hücum edib? - ŞOK DETALLAR
İranın İsfahan şəhərindəki “Natanz” nüvə stansiyasının polad konstruksiyasının inşasında ötən gün meydana gələn qəza sirrini qoruyur.

Publika.az xəbər verir ki, olayla bağlı “hücum” və “sabotaj” iddiaları rəsmi Tehran tərəfindən təkzib edilsə də, ölkədə ardıcıl meydana gələn partlayışların son halqasını təşkil edən bu hadisə ilə bağlı məmnunedici açıqlama verilməyib.

Son olaraq ABŞ-ın “New York Times” qəzeti adının açıqlanmasını istəməyən Yaxın Şərq kəşfiyyatçısına istinadən verdiyi xəbərdə nüvə stansiyasındakı qəzanın sabotaj olduğunu bildirib. Məlumatda partlayışın içəriyə yerləşdirilən partlayıcı cihazdan qaynaqlandığı vurğulanıb. Bununla yanaşı, olayın sənaye qəzası olma ehtimalı da vurğulanıb. Qərbin bəzi media orqanları iddianı bir addım irəliyə apararaq İsrailə bağlı bəzi qrupların olayı təşkil etdiyini yazıb.

İran Milli Təhlükəsizlik Ali Şurasının sözçüsü Keyvan Hüsrəvi obyektdəki “hadisənin” səbəbinin müəyyən edildiyini, ancaq “təhlükəsizlik səbəbi ilə uyğun vaxtda” elan ediləcəyini söyləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru