Dünyanı gözləyən iki ssenari – Biri nikbin, digəri bədbin

7-07-2020, 19:49           
Dünyanı gözləyən iki ssenari – Biri nikbin, digəri bədbin
Koronavirus pandemiyasından sonra dünyanı gözləyən iki ssenari açıqlanıb.

BMT-nin baş katibi Antoni Quterreşin sözlərinə görə, bunlardan biri optimist, digəri isə pessimistdir.

Birinci ssenariyə görə, ölkəyər yaranmış vəziyyətdən çıxa bilirlər. Şimal dövlətləri bərpa planı hazırlayırlar, inkişaf etməkdə olanlar isə yardım alırlar.

Quterreş ümid edir ki, koronavirusun peyvəndi yaxın 9 ayda tapılacaq və hər kəs üçün əlçatan olacaq. Onun fikrincə, əgər hadisələr bu istiqamətdə cərəyan etsə dünya 2-3 ilə normal vəziyyətinə qayıda bilər.

Bədbin ssenariyə görə, isə ölkələr fəaliyyətlərini koordinasiya etməzsə virusun yeni dalğaları meydana çıxacaq. İnkişaf etməkdə olan ölkələrdə isə vəziyyət daha da pisləşəcək.

“Əgər bu ssenari gerçəkləşərsə biz irqçilik, zorakılıq. populizmin necə artdığını görəcəyik. Belə halda hər bir ölkə özü üçün yaşayacaq. Ümumi problemlərin həlli üçün dünyada birlik olmayacaq. Nəticədə qlobal depressiya yarana bilər”.

Onun fikrincə, problemləri daha davamlı qlobal idarəçilik institutları və beynəlxalq əməkdaşlıqla həll etmək olar.

Xatırladaq ki, artıq koronavirus dünya miqyasında 11 milyondan çox insana yoluxub. Ölənlərin sayı isə 500 mindən çoxdur.Turkustanшаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.