Dünya Bankı cənubi və şərqi Afrika ölkələrinə 245 milyon dollar yardım ayırıb- Bu məqsədlə

8-07-2020, 00:09           
Dünya Bankı cənubi və şərqi Afrika ölkələrinə 245 milyon dollar yardım ayırıb-
Bu gün Dünya Bankı Afrikanın cənub və şərq hissələrindəki ölkələrdə infrastruktur obyektləri tikintisinin dəstəklənməsi üçün 245 milyon dollar maliyyə ayrılması qərarını təsdiq edib. Bu, Dünya Bankının Afrika qitəsində bu qəbildən olan ilk təşəbbüsüdür.

Azərtac xəbər verir ki, infrastrukturun maliyyələşdirilməsinə dair regional layihə enerji, nəqliyyat, logistika və sosial sahələrdə fəaliyyət göstərən özəl şirkətlər üçün uzunmüddətli maliyyələşdirmənin genişləndirilməsinə yönəlib.

Dünya Bankının Böyük Səhradan cənubda yerləşən Afrika ölkələrində regional inteqrasiya üzrə direktoru Debora Vetselin sözlərinə görə, bu vəsait quraqlıq ucbatından elektrik enerjisinin çatışmazlığını, həmçinin enerjinin ötürülməsi və paylanması zamanı yaranan ümumi itkiləri aradan qaldırmağa kömək edəcək.

Sözügedən vəsait regionda maliyyə çatışmazlığını aradan qaldırmağa və özəl sektorda əlavə 975 milyon dolların səfərbər edilməsinə yönəldiləcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.