ÇİN ARALIQ DƏNİZİNİ ABŞ-a UDUZUR: "HUAWEİ” İngiltərədən də çəkiləcək, yoxsa ölkənin 5G sistemini ələ keçirəcək? - ARAŞDIRMA

8-07-2020, 10:23           
ÇİN ARALIQ DƏNİZİNİ ABŞ-a UDUZUR:
Ərgün Dilər

“Takvim”, Türkiyə, 07 iyul 2020-ci il



Bəzi hadisələr, bəzi addımlar çox şeyi izah edir, ağlınızda yığılan çox sayda suala cavab verir. Məsələn, Müdafiə naziri Hülusi Akarın Liviyada neytrallaşdırılan rus helikopteri qarşısında müsahibə verməsi kimi… Bu, Türkiyənin gücünün, vektorunun və getdiyi marşurutun göstərilməsi baxımından, son dərəcə anlamlı idi.

Neçə vaxtdır, Aralıq dənizindən yazıram. Bura çox önəmlidir, hələ daha önəmli olacaq. Həftərə Türkiyə tərəfindən kəsilən hesab, əslində, birdən çox ölkəyə göndərilən hesabla eyni idi. Altında türk imzası var idi. Akar müsahibə verdikdən sonra Vatiyyə bazası vuruldu. Fransa yanına aldığı ortaqlarla mesaj vermək istədi. Ancaq Türkiyə dövlətinin qərarlığı ortada idi. Geri addım atmaq mümkün deyildi. Bunu bir daha anlayacaqlar. Ancaq gərginlik də yüksələcək. Çünki Aralıq dənizi yeni sistemin qəlbidir.

Davam edək. Yeni ilə girərkən, həddindən çox yazıldı. İngiltərə “Huawei”-nin yeni nəsil mobil telefon şəbəkəsini qurmasına icazə verəcəyini elan etdi. Yəni, Çinə “Gəl, istədiyini et. Hər yeri 5G ilə təchiz et” dedi. ABŞ-ın israrla “Xeyr, etməyin” deməsinə rəğmən, Londonun bu addımı atması İngiltərə-Çin ortaqlığının ən yüksək nöqtəyə gəldiyini göstərirdi. 5G vasitəsilə yeni dünya qurulacağı üçün bu açılım son dərəcə önəmli idi. “Huawei” vasitəsilə belə, dünya suverenlərinin sıraları dəqiqləşirdi.

Aradan 3-5 ay keçib-keçmədiyini bilmirəm, lakin hazırda Londonun dərinliklərində olan ən önəmli mövzu yenə 5G və Çindir. Kraliça II Yelizaveta üçün Mİ6 ilə eyni dəyərdə olan Milli Kiber Təhlükəsizlik Mərkəzi (National Cyber Security Centre – NCSC) tarixi bir addım atdı. Bu mərkəz İngitərə rəqəmsal kəşfiyyat xidməti kimi tanınan GCHQ-nin tabeçiliyində işləyir. GCHQ da Birləşmiş Kəşfiyyat Komitəsi (Joint Intelligence Committee – JIC), Mİ5 (Security Service), Mİ6 (The Secret Intelligence Service) və Dİ (Defence Intelligence) kimi qurumların tabeçiliyndə çalışır. Əslində, Milli Kiber Təhlükəsizlik Mərkəzi ən təməl daşdır. Bu qurum GCHQ birlikdə İngiltərəni qoruyur.

Milli Kiber Təhlükəsizlik Mərkəzinin Baş nazir Boris Consona təqdim etdiyi hesabatda deyilir: “Əgər “Huawei” İngiltərənin 5G infrastrukturunda xidmət göstərən şirkət olaraq yer alarsa, ölkənin açarı Pekinə təslim edilmiş olar. Britaniyanın milli təhlükəsizliyi tamamilə ortadan qalxar. “Huawei” Britaniya üçün 100% riskli olan bir xidmət göstəricidir”.

Baş nazir Boris Conson da yanvar ayında əldə edilən anlaşmanı ləğv edəcək. Çünki London-Pekin ortaqlığı Rotşildin, Uoddesdon malikanəsinin istədiyi idi. Bukinqem sarayı bu ortaqlığa etiraz edirdi. Çin şirkətini geri göndərmək istəyirdi. Kraliça II Yelizaveta pandemiya günlərində dəfələrlə görüşdüyü Milli Kiber Təhlükəsizlik Mərkəzi rəhbəri Kyaran Martindən daima eyni sözləri eşitdi: “Ölkəni işğal edirlər. Buna necə səssiz qala bilərik ki…”

Kraliça II Yelizaveta imzalanan anlaşmanın risklərini istədi. Anlaşmanın heç bir müsbət detalını görmək istəmədiyini bildirən Kraliça, hazırlanan hesabatı Boris Consondan öncə gördü. Bukinqem sarayı “Huawei”-ni işğalçı olaraq görür.

Londonda bunlar yaşandığı vaxt ABŞ səssiz qalmadı. ABŞ Milli təhlükəsizlik müşavirinin müavini Mettyu Pottinqer, İngiltərəni təhdid etdi. Pottinqer ““Huawei” ilə əldə edilən anlaşma bizim illərdir Londonla olan böyük ortaqlığımızın da sonudur. Bu çılğınlıqda israr edilərsə, Vaşinqton “B” planına keçər” dedi.

“B” planı Vaşinqtonun Londonu hədəfə almasıdır. London buna qarşı heç bir addım ata bilməz. Çünki Vaşinqton 2 ildir Londona qarşı hazırlıq görür.

İngilis Kral ailəsilə Rotşild ailəsinin münaqişə halında olması Vaşinqtonda ümid yaratsa da, nəticə verməməsi narahatlğa səbəb olur. Bukinqem sarayı Vaşinqtonla ortaqlıq istəyir. Bunu göstərən çox sayda detal var.

Digər tərəfdən, Kraliça da “Dərin Amerika”nın Rotşild ailəsinə qarşı çox kəskin addımlar atmadığını düşünür. Əlbəttə, çox kritik olan nöqtələrdə artıq Rotşild ailəsinin gücü yoxdur. Ancaq hələ təsirli olduqları da ortadadır. Əgər “Huawei” Londondan geri göndərilmiş olarsa, o zaman Vaşinqton istədiyini almış olacaq.

Qarşıdakı günlər çox önəmlidir. Boris Conson, az ehtimallı olsa da, “Huawei” ilə ortaqlığa “davam” deyə bilər. Ancaq böyük ehtimalla, anlaşmanı pozacaq. Dəqiq olan budur ki, anlaşmanın davam edib-etməməsindən asılı olmayaraq, Londonda gərginlik yaşanacaq. Bəzi şərhlərə görə, Rotşild ailəsi şok addımlar atıb Bukinqemi qarışdıra bilər. Sarayda dəyişiklik də variantlar arasındadır. Bu olarsa, ardınca atılacaq ilk addım Milli Kiber Təhlükəsizlik Mərkəzi rəhbəri Kyaran Martinin vəzifədən azad edilməsi olacaqdır. Bundan həmən sonra “Huawei”-dən “Böyük ortaq” kimi söz açıla bilər.

İngiltərə öz tarixinin ən önəmli günlərini yaşayır. Verəcəkləri və icra edəcəkləri qərarlar onların yeni dünyadakı yerini müəyyən edəcəkdir. London tam olaraq iki yerə bölünüb. Bukinqem sarayı da həmçinin… Bir yanda Kraliça II Yelizaveta, digər yanda şahzadə Çarlz vardır. Rotşild ailəsində də qəribə səslər çıxmaqdadır. Bu səslər hələlik çox yüksəlməsə də, “Amerika ilə ortaqlıq” deməkdədir.

Bəli, böyük oyunçular “Dərin Amerika”, Kraliça II Yelizaveta, Rotşild ailəsi və Çindir. Onlar hər yerdə vardırlar. Dünyanın zirvəsində gedən bu mübarizə Vaşinqtonda olduğu kimi, London, Paris, Berlin və Ankarada da getməkdədir.

Aralıq dənizi və Liviyada olan gərginlik də bu böyük mübarizənin əks olunmasıdır. Başqa güc balansları olsa da, Makron Rotşild ailəsinin önəmli üzvü idi. Türkiyənin keşikçi gəmisinin fransız döyüş gəmisini türk yük gəmisini təqib etdiyi üçün geri çəkilməyə məcbur etməsi və NATO-nun gəlib Ankaranın yanında olması qeyri-adi bir addım idi.

Məsələni, gedən savaşı bir az da açaq, dərinləşdirək. Liviyadan hərəkət edək. Şimali Afrika strateji baxımdan çox önəmlidir. ABŞ, Şimali Afrikanı Çinin qitənin dərinliklərinə girməsinə imkan verən giriş qapısı olaraq görür. Bu səbəblə, Aralıq dənizi çox önəmlidir. Sadəcə altındakı neft yataqlarına görə deyil, “Çini nəzarət altına almaq istəyirsənsə, Aralıq dənizində güclü olmalısan” fəlsəfəsi Vaşinqton üçün vazkeçilməz prinsipdir.

Gərginliyin artmasının və irəlidə daha da artacağının səbəbi də budur. Əslində, “Ərəb baharı”nın başladılmasının motivasiya qaynağı da bu idi. “Ərəb baharı” Çinin yumşaq qarnına ciddi bir zərbə idi. “Ərəb baharı” öncəsi Çin bölgədə çox güclənirdi. Sonrasında isə ən ağır zərbəni alan ölkə oldu.

Çin “İpək yolu” ilə itirdiyi Afrikada, xüsusilə Şimali Afrikada təsirli olacağını düşünürdü. Koronavirus Çinin bu xəyalını da yerlə bir etdi. Çin Yohannesburq, Keyptaun, Nayrobi, Laqos, Qahirə, Tunis, Əlcəzair kimi şəhərlərdə hələ də öz varlığını göstərir. Çin 50 illik bir planın puç edilməsinə izin vermək istəmir. Bu səbəblə, Aralıq dənizi, başda Çin olmaqla, çox önəmli ölkələrin hədəfindədir. Çin haranı hədəf seçərsə, ABŞ da orada olmağa məcburdur. Honkonq bu gün Çinlə ABŞ arasında gedib-gələn bir muxtar bölgəyə çevrilib. ABŞ Honkonqu qarışdıraraq Çini Aralıq dənizindən uzaqda saxlamaq istəyir.

Çinin koronavirus infeksiyası ilə bağlı yardım etdiyi bir neçə ölkə vardır. Bu ölkələr Tunis, Əlcəzair, Misir və Cənubi Afrikadır. Çinin Afrika üçün atmayacağı bir addım yoxdur. Aralıq dənizi koronavirus infeksiyası yayılmadan öncə də çox dəyərli idi. İndi isə daha çox dəyərlidir. Pekində önəmli şəxslər Çinin Aralıq dənizində uduzduğunu düşünür. Heç bir ölkədən gözlənilən dəstək gəlmədi. Əgər Çin Aralıq dənizində uduzarsa, koronavirus infeksiyası ilə bağlı təzminat iddialarına ehtiyac belə, qalmayacaq. Bunu Siyasi Büronun önəmli üzvləri də qəbul edir.

ABŞ, Çinin Misirlə əldə etdiyi anlaşmalardan çox narahatdır. Əgər Sisi bu məsələdə lazımi addımları atmazsa, Misirdə yeni bir çevriliş görmə ehtimalımız yüksəkdir.

Zirvədəki münaqişə halının, Liviyada gərginliyin artmasının mahiyyəti budur. Türkiyə də haqlı olaraq öz maraqları üçün addımlar atır və bundan sonra da atacaq. Biz bölgədə böyük olduğumuza görə, əldə etdiyimiz heç bir şey üçün sərt qarşılıq verilməyəcəkdir…

Tərcümə Strateq.az-ındırшаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.