Tehran kulislərində siyasi döyüş: deputatlar Zərifi qovdu, Ruhani ABŞ-ı göstərdi

8-07-2020, 14:42           
Tehran kulislərində siyasi döyüş:
İranda koronavirusun iqtisadi zərəri hökumət daxilində çəkişmələr yaradıb.

Publika.az xəbər verir ki, iyulun 5-də parlamentdə deputatların suallarını cavablandıran Xarici İşlər naziri Cavad Zərif etirazlarla üzləşib.

Deputatlar “Zərif yalan danışır” şüarları ilə onun çıxışına imkan verməyiblər. Bu etirazdan sonra parlamenti tərk etmək istəyən Zərif spikerin xahişi ilə çıxışına davam edib. Bildirib ki, İran konstitusiyasına görə, ölkənin xarici siyasətini dini lider Əli Xamnei müəyyən edir və dini lider onu dəstəkləyir.

Bundan başqa, 120 deputat Prezident Həsən Ruhaninin yaranmış iqtisadi böhranla bağlı parlamentdə hesabat verməsi üçün qərar imzalayıb.

Həsən Ruhani isə bu gün Nazirlər Kabinetinin iclasından sonra baş verənlərə münasibət bildirib və Zərifin 7 ildə böyük işlər gördüyünü deyərək, Xarici İşlər nazirini müdafiə edib. İran Prezidenti baş verənlərin arxasında ABŞ və İsrailin olduğuna da işarə vurub.

“ABŞ və İsrail İran xalqı ilə hakimiyyət arasında təfriqə yaratmaq istəyir. Ən böyük hədəfləri budur. Digər hədəfləri isə hökumət, parlament və məhkəmə hakimiyyəti arasında təfriqə yaratmaqdır”, - Ruhani bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.