DƏHŞƏT: İnternetdən uşaq satırmışlar

13-07-2020, 11:18           
DƏHŞƏT: İnternetdən uşaq satırmışlar
ABŞ-da sosial şəbəkələr "Wayfair" adlı saytın mebel adı altında insan qaçaqmalçılığı ilə məşğul olduğu və müştərilərinə uşaq satdığına dair iddialarla çalxalanır.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, hadisə saytı nəzərdən keçirən bir şəxsin buradakı məişət əşyalarının astronomik qiymətdə olduğunu və məhsulların adlarının qaçırılan uşaqların soyadları ilə eynilik təşkil etməsini söyləməsindən sonra ortaya çıxıb. Məhsulun ad olmadıqda normal qiymətə, ad olduqda isə on minlərlə dollara satıldığı məlum olub.

İnternetdə detallı axtarış aparanlar oxşar itmiş uşaqlar və eyni adda satışa çıxarılmış məhsullar tapıblar.

Mağaza məhsullara yanlışlıqla belə böyük qiymət yazıldığını açıqlasa da, bu o qədər də inandırıcı görünməyib. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, saytda qiyməti endirilmiş məhsullar bölməsinə girib, qaçırılan uşaqların adlarını axtarış yerinə yazdıqda yenidən on minlərlə dollarlıq məhsullar üzə çıxır. Bu da sistemin uşaq ticarəti üçün hazırlandığı iddialarını gücləndirir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.