ABŞ koronavirus vaksininin istehsalına başladı - MÜJDƏ

14-07-2020, 09:13           
ABŞ koronavirus vaksininin istehsalına başladı - MÜJDƏ
ABŞ-ın dərman istehsalçıları yayın sonuna kimi yeni koronavirus vaksinin buraxılışına başlamağı nəzərdə tuturlar.

“Report” xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp administrasiyasındakı mənbəyə istinadən CNBC telekanalı bildirib.

Telekanalın məlumatına görə, ABŞ-ın 2021-ci ilin başlanğıcında preparatın 300 milyon dozasını istehsal edəcəyi gözlənilir.

"Bəs nə vaxt vaksin materialları istehsal etməyə başlayacaqlar? Ehtimal ki, 4-6 həftə ərzində", - mənbə telekanala deyib.

Bununla yanaşı o qeyd edib ki, vaksinlərin istehsalı prosesi artıq başlayıb. Lakin mümkün vaksinlərdən məhz hansı hansının effektiv olacağı və ümumiyyətlə həmin dövrdə təsirli vasitə yaratmağın mümkün olub-olmayacağı hələ məlum deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru