İrandan növbəti Qarabağ açıqlaması: Ərazi bütövlüyünə hörmət...”

14-07-2020, 12:10           
İrandan növbəti Qarabağ açıqlaması: Ərazi bütövlüyünə hörmət...”
İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi ölkəsinin Ermənistan və Azərbaycan arasındakı Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin dəyişmədiyini bildirib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında danışıb.

XİN-in sözçüsü jurnalistlərin Ermənistan-Azərbaycan münaqişəsinə dair son gəlişmələrlə bağlı sualına belə cavab verib:

“Ermənistan və Azərbaycan Respublikası arasındakı mübahisəli Qarabağ bölgəsi ilə bağlı münasibətimiz dəyişməyib”.

O, ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmağın və mübahisələrin sülh yolu ilə həll edilməsinin zəruriliyini vurğulayıb:

“İnanırıq ki, bu iki qonşu ölkə öz mübahisələrini sülh yolu ilə həll etməlidir və İran İslam Respublikası bu münaqişənin həllinə hər zaman kömək etməyə hazırdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru