Yer üç milyon il keçmişə “qayıdacaq”

14-07-2020, 12:44           
Yer üç milyon il keçmişə “qayıdacaq”
Sauthempton Universitetinin alimləri bəşəriyyətin Yeri uzaq keçmişə “qaytaracağını” müəyyən ediblər.

Unikal.org xəbər verir ki, bu barədə PHYS.org yazır.

Mütəxəssislər tədqiqatın gedişatında müəyyən ediblər ki, bizim planetin iqlimi qədim göstəricilərə qayıdacaq. Artıq 2025-ci ildə Yer 3,3 milyon il əvvələ “qayıdacaq”. Məhz bu dövrdə atmosferdə karbon qazının miqdarı pliosen dövrünün 5,3-dən 2,8 milyon il əvvələ qədərki göstəricilərini üstələyəcək. O dövrdə CO2-nin atmosferdə konsentrasiyası milyonda 380-420 hissəciyə çatırdı. Hazırda isə bu göstərici 415 hissəcikdir.

Mütəxəssislər bu nəticəyə Karib dənizinin dibindəki daşlaşmış maddələrin kimyəvi tərkibini analiz etməklə gəliblər. Onlar müəyyən ediblər ki, pliosen dövründə Yer 3 dərəcə isti olub, dənizin səviyyəsi isə daha yüksək olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru