Avropa İttifaqı məhkəmədə Apple-a uduzdu: Cərimə ödənilməyəcək

16-07-2020, 00:00           
Avropa İttifaqı məhkəmədə Apple-a uduzdu:
Avropa İttifaqı Məhkəməsi Avropa Komissiyasının Apple-ın İrlandiyadakı fəaliyyətinə görə, 13 milyard avro məbləğinin şirkətdən alınması barədə qərarını səhv hesab edib.

TED.az xəbər verir ki, Apple şirkəti məhkəməni qazanıb.

Avropa İttifaqı Məhkəməsinin mətbuat xidməti dörd il əvvəl Avropa Komissiyası tərəfindən Apple-ın İrlandiyadakı fəaliyyətinə görə, tətbiq olunan 13 milyard avro məbləğində cərimə qərarını ləğv etdiyini elan edib.

Bu gün Məhkəmənin qəbul edilmiş rəsmi qərarında qeyd edildiyi kimi, Avropa Komissiyası Aİ-nin fəaliyyətinə dair müqaviləyə uyğun olaraq "vergi üstünlüklərinin mövcudluğunu zəruri hüquqi standartlara uyğun sübut edə bilməyib".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru