Trampın gəlirləri açıqlandı

1-08-2020, 08:06           
Trampın gəlirləri açıqlandı
ABŞ prezidenti Donald Trampın 2019-cu il üzrə maliyyə hesabatı açıqlanıb.

“Report” xəbər verir ki, Donald Tramp 2019-ci ildə ən azı 446 milyon ABŞ dolları gəlir əldə edib.

78 səhifəlik sənədə görə, keçən il dövlət başçısı Floridadakı “Mar-a-Lago” kurortundan 21, 4 milyon ABŞ dolları qazanıb. 2018-ci il üçün bəyannamədə bu kompleksdən gəlir daha yüksək idi - demək olar ki, 22,7 milyon ABŞ dolları.

Vaşinqtondakı oteldən qazanc 2018-ci illə müqayisədə 300 min azalaraq 40,5 milyon ABŞ dolları təşkil edib.

Öz növbəsində, “Trump National Doral Mayami” kurortu 2019-cu ildə Trampa 77,2 milyon ABŞ dolları - əvvəlki ilə nisbətən 1,3 milyon ABŞ dolları çox gəlir gətirib.

Tramp ötən il Nyu-Cersi ştatının Bedminster şəhərindəki qolf klubundan 17,7 milyon ABŞ dolları qazanıb.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.