Minsk saxlanılan 32 rusiyalını Moskvaya təhvil verib

15-08-2020, 00:08           
Minsk saxlanılan 32 rusiyalını Moskvaya təhvil verib
Belarusda saxlanılan 32 Rusiya vətəndaşı ölkəsinə qaytarılıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğunun saytında məlumat yayılıb.

Məlumatda bildirilir ki, tutulanlardan birinin Rusiya ilə yanaşı Belarus vətəndaşlığı da olduğundan həmin şəxs respublikada saxlanılıb.

Baş Prokurorluq geri qaytarılma prosedurunun beynəlxalq hüquqlara və iki ölkənin qanunlarına uyğun olduğunu qeyd edib.

“Rusiyalı səlahiyyətli qurumlar bu vətəndaşlar bağlı yaranmış vəziyyətlə məşğul olmağa davam edəcəklər”, - deyə qurumun məlumatında bildirilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.