Beynəlxalq Valyuta Fondu 81 ölkəyə kredit ayırıb –Açıqlama

30-09-2020, 00:38           
Beynəlxalq Valyuta Fondu 81 ölkəyə kredit ayırıb –Açıqlama
Beynəlxalq Valyuta Fondu (İMF) COVID-19 pandemiyasının fəsadlarını aradan qaldırmaq üçün 81 ölkəyə 100 milyon ABŞ dollarına yaxın kredit ayırıb.

Bu barədə pandemiya və postpandemiya dövründə dünyada inkişafa maliyyə dəstəyi məsələlərinə həsr olunmuş yüksək səviyyəli görüş zamanı İMF-nin icraçı direktoru Kristalina Georgiyeva bildirib.

“Hazırda İkinci Dünya müharibəsindən sonrakı dövrün ən güclü sarsıntısını yaşayırıq və bundan sonra hara gedəcəyimiz çox mühümdür. Çin və inkişaf etmiş ölkələr ilin ikinci rübündə gözlədiyimizdən daha yüksək nəticələr göstərib. Dünya iqtisadiyyatının, dünya ticarətinin dirçəlməsinə dair əlamətləri sezirik”, – o, deyib.

İMF rəhbəri bunların yalnız bütün ölkələrin cəsarətli addımları sayəsində mümkün olduğunu diqqətə çatdırıb/Report.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru