Ermənistanda gəncləri orduya erməni qızları ilə cəlb etmək istəyirlər

17-10-2020, 11:49           
 Ermənistanda gəncləri orduya erməni qızları ilə cəlb etmək istəyirlər
Ermənistan silahlı qüvvələri hərbçi qıtlığını qadınların hesabına aradan qaldırmağa çalışır.

“Report” “news.am”a istinadən xəbər verir ki, Ermənistan müdafiə nazirliyinin sözçüsü Arsurun Ovannisyan qadınların ordu sıralarına qoşulmaq istəyi ilə bağlı məsələni “Facebook” səhifəsində yazıb.

O, erməni qadınlarının ordu sıralarına qoşulmasına “Aslanın erkəyi-dişisi olmaz” kimi müxtəlif bəlağətli ifadələrlə don geyindirməyə səy göstərib.

Əslində, bu, Ermənistan ordusunda hərbçi qıtlığının göstəricisini aradan qaldırmaq üçün atılan addımdır. Bu ölkənin vətəndaşları öz övladlarını onlara aid olmayan torpaqlarda gedən döyüşə göndərmək istəmir. Ermənistanın Qarabağa yerləşdirdiyi terrorçu və muzdlular döyüş meydanında canlı qüvvə çatışmazlığını aradan qaldıra bilmir.

Ona görə də Ermənistanın təbliğat maşını yeni varianata əl atıb. Ermənistan cəmiyyətində müharibəyə getməyi şərəfləndirmək üçün guya qadınların, qızların könüllü olaraq döyüşə qatılmaq istədikləri təbliğ edilir. Ovannisyanın paylaşımı da buna xidmət edir.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.