Vladimir Putinin mətbuat katibi: “Ölkəmiz düşmən kimi təqdim olunur”

26-10-2020, 16:23           
Vladimir Putinin mətbuat katibi: “Ölkəmiz düşmən kimi təqdim olunur”
Rusiya hökuməti Co Baydenin açıqlamasına rəsmi cavab verib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında ABŞ-ın Demokrat Partiyasından prezidentliyə namizədi C.Baydenin Rusiyadan gələn təhdidlə bağlı dediklərindən təəssüfləndiyini söyləyib.

Bu barədə TASS agentliyi məlumat yayıb.

Xatırladaq ki, C.Bayden bu gün verdiyi açıqlamada qeyd edib ki, təhlükəsizlik baxımından ABŞ üçün ən böyük təhlükə Rusiyadır.

“Heç də belə deyil, bununla qətiyyən razı deyilik. Rusiya Federasiyasına qarşı mütləq nifrət aşılandığına görə yalnız təəssüflənə bilərik. Ölkəmiz bir növ düşmən kimi təqdim olunur. Bu, belə deyil”, - deyə D.Peskov C.Baydenin açıqlmasını şərh edərkən deyib.oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru