Şimali Koreya Çin və Rusiya ilə sərhəddə yüzlərlə kilometrlikl sədd qurub

29-05-2023, 12:34           
Şimali Koreya Çin və Rusiya ilə sərhəddə yüzlərlə kilometrlikl sədd qurub
Şimali Koreya hakimiyyəti pandemiya zamanı Çin və Rusiya ilə sərhəddə yüz kilometrlərlə uzunluqda maneələr quraşdırıb.

Peyk məlumatlarının təhlili Kaliforniyanın Monterey şəhərindəki “Middlebury” Beynəlxalq Münasibətlər İnstitutu ilə birgə həyata keçirilib.

Bildirilib ki, pandemiyanın başlanmasından sonra KXDR Rusiya və Çinlə sərhəddə yüzlərlə kilometr uzunluğunda yeni hasarlar, divarlar, habelə sərhəd postları inşa edərək qaçaqmalçıların istifadə etdiyi yolları kəsib. Sərhədin ən azı 489 km-i boyunca məftilli hasarlar, beton divarlar, qoşa maneələr və keçid məntəqələri daxil olmaqla yeni və ya genişləndirilmiş təhlükəsizlik infrastrukturu müəyyən edilib.

Bununla yanaşı, sərhəddə müşahidə kameraları quraşdırılıb. Ölkə həmçinin, məlumat, məhsul və insan axını üzərində nəzarəti gücləndirib.
Xatırladaq ki, KXDR-in Çinlə sərhədi təxminən 1400 km, Rusiya ilə isə 18 km-dir.

Mənbə: TASS












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.