Rusların qorxulu tankı - ARMATA T-14

17-04-2015, 18:01           
Rusların qorxulu tankı - ARMATA T-14
Rusiya hərbi-sənaye kompleksinin yeni möcüzəsi olan T-14 "Armata" tankları mayın 9-da keçiriləcək Qələbə bayramında rəsmi təqdim ediləcək.

ANS PRESS-in məlumatına görə, tankın Nijnı Taqil tərəfdə həvəskar çəkilişi nəticəsində internetə düşmüş görüntüləri Almaniyanın “Stern” jurnalını məsələyə diqqət yetirməyə məcbur edib.

"Tamamilə yeni döyüş tankıdır - dünyanın əksər orduları üçün nadir bir silahdır. Bundesverin “Leopard-2” tankı 35 il qabaq yaradılıb. Amerikanın “M1 Abrams” tanklarının da yaşı elə o qədərdir. Qərbin döyüş maşınlarının mövcud modellərində bir sıra müsbət dəyişikliklər var, amma baza konstruksiyası köhnə qalır", - deyə qəzetlər yazır.

Jurnalın yazdığına görə, tankın komandası dünyanın bütün tanklarındakından daha yaxşı mühafizə ediləcək. Çünki tankın ekipaj üzvünün korpusun üzərinə çıxmasına ehtiyac yoxdur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.