İŞİD haqqında — SENSASİON AÇIQLAMA

17-04-2015, 22:56           

Böyük soyqırım planlaşdırılır.

“İslam dövləti” terrorçu təşkilatı (İŞİD) böyük soyqırımı həyata keçirməyi planlaşdırır. Bu barədə alman jurnalist Jurgen Todenhöfer məlumat verib. O, “Stern” nəşrinə müsahibəsində deyib ki, Con adlı cihadçı ilə tanış olduqdan sonra İŞİD düşərgələrindən birinə gedib.

Jurnalist qeyd edib ki, ölümünü İŞİD-ə həvalə etməmək üçün ora 4 ədəd zəhərli həblə gedib və burada məqsəd girov düşəcəyi təqdirdə özünü zəhərləməkdir.

“Biz ora bu səfərə qarşı çıxan oğlumla Frederik ilə brilikdə getdik. Oğlum atasını təhlükəli vəziyyətdə qoymamaq üçün mənimlə getdi. Biz təhlükəni çox yaxşı bildiyimizdən, 4 ədəd zəhərli həb götürmüşdük. Hər hansı girov düşmə ehtimalını nəzərə alıb, ölümümüzün İŞİD-dən gəlməsini istəmirdik. Amma etiraf edim ki, həmin həbləri əlimə almağa vadar edən bir vəziyyət yaranmadı”,-deyə o bildirib.

Onun söhbətindən məlum olub ki, İŞİD lideri Əl-Bağdadi terrorçulara onun təhlükəsizliyi ilə bağlı göstəriş verib. Jurnalistdə yaranan təəssürat budur ki, İŞİD yeni soyqırımı həyata keçirməyi planlaşdırır.

“İŞİD indiyə qədər insanlıq tarixində olan dəhşətli hadisələri kölgədə qoya biləcək bir soyqırımı etmək istəyir. Onlar “dini təmizlik” adı altında böyük bir soyqırımı hərəkəti planlaşdırırlar”. (modern.az)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.