İcra başçısının müavini İTTİHAM OLUNUR - Pulu alsa da...

12-02-2019, 18:09           
İcra başçısının müavini İTTİHAM OLUNUR - Pulu alsa da...
Bakı şəhəri, Nərimanov rayonu, Ak. H.Əliyev küçəsi 92 A, mənzil 1 ünvanında yaşayan Bədəlov Cəlal Bayram oğlu Şabran rayon Polis Şöbəsinin rəisi polis-polkovniki Əli Mərdanova şikayət ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Məlumat üçün bildirmək istəyirəm ki, mən Bədəlov Cəlal Bayram oğlu “Şabran D” MMC-nin direktoruyam.

Şabran rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Mehdi Balabəyov Şabran rayonunda aparılan quruculuq işlərinin və yeni layihələrin tenderindən iştirakına razılıq vermək məqsədi ilə məndən pul istəmiş və mən də bu tenderin uğurlu nəticələrinə və onun yalan vədlərinə inanaraq ona 227000 (iki yüz iyirmi min) manat pul verdim. Sonradan bu şəxs tərəfindən aldandığımı görüb vermiş olduğum pulları ondan geri istədim. Mehdi müəllim çox get-gəldən sonra 5 nəfər şəxsin iştirakı ilə məndən aldığı puldan 50000 (əlli min) pul qaytardı və yenə də gözləməyi təklif etdi. Lakin o sonradan qalan pulumu qaytarmadı. Onun bu hərəkətləri ilə bağlı dəfələrlə Hüquq Mühafizə Orqanlarına müraciət etmişəm. Mehdi Balabəyov öz həmkarları tərəfindən müdafiə olunaraq məndən aldığı pulları qaytarmaq istəmir.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.