Əli Həsənovdan Bilik Günü ilə bağlı paylaşım - "...milli iradəli əsl Azərbaycan vətəndaşları yetişəcək"

16-09-2019, 11:33           
Əli Həsənovdan Bilik Günü ilə bağlı paylaşım - "...milli iradəli əsl Azərbaycan vətəndaşları yetişəcək"
Bu gün yeni dərs ili başlandı. Birinci dəfə təhsil ocaqlarına qədəm qoyan məsum körpələrimizi qarşıda çoxsaylı yeni-yeni imkanlar, sonuncu sinfi tamamlayaraq ali məktəblərə imtahan verəcək şagirdləri isə ilk böyük həyat sınaqları gözləyir. Ulu Tanrıdan bütün Azərbaycan məktəblilərinə təhsildə və gündəlik həyatda uğurlar diləyirəm, onların valideynlərinə sağlamlıq, firəvanlıq, xoş əhval-ruhiyyə, övladları ilə münasibətdə səbr, dəyanət və fədakarlıq arzulayıram.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov özünün Feysbuk səhifəsində yazıb.

“Ümid edirəm ki, bugünkü şagirdlərimizin içərisindən gələcəyin əsl alim və ziyalıları, görkəmli ictimai fəallar, siyasət adamları və mədəniyyət xadimləri, kreativ və təşəbbüskar idarəçilər, işğal altındakı torpaqlarımızın son qarışınadək azad etmək qüdrətində və bacarığında olan igid zabit və əsgərlər, nəhayət, milli iradəli əsl Azərbaycan vətəndaşları yetişəcəkdir. Prezident İlham Əliyev başda olmaqla Azərbaycan dövləti övladlarımızın firəvan, sabit və təhlükəsiz həyat yaşamaları, ən yaxşı məktəblərdə gözəl təhsil almaları üçün hər cür şərait yaratmış və yaratmaqda davam edir. Yetişməkdə olan gənc nəslin sağlam və vətənpərvər ruhda böyüməsi, gözəl təhsil alması, dünya gəncləri ilə müqayisədə rəqabətədavamlı olması dövlətimizin bu sahədə yürütdüyü siyasətin ən ali məqsədidir.

Bilik bayramınız və yeni dərs iliniz mübarək olsun əziz şagird və müəllimlər, hörmətli valideynlər!” – o qeyd edib.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.