Sosial nazirin sosial sifarişi? - Gərginlik...

6-08-2020, 09:21           
Sosial nazirin sosial sifarişi? - Gərginlik...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti və idarə aparatı rəhbərinin 2013-2015-ci illər ərzində stasionar və ambulator müalicədə olduğu dövrlər üzrə təqdim etdiyi əmək qabiliyyətinin olmaması (xəstəlik) vərəqələrinə əsasən 14 təqvim günündən sonraya aid sosial sığorta ödənişlərini icra etməkdən qanunsuz olaraq imtina edirdi… Bu səbəbdən həm təşkilat, həm də onun rəhbəri Azərbaycanın bütün məhkəmə instansiyalarında sosial fondun sosial sifarişi əsasında 5 ildən artıq “ötür-ötür” oyununun iştirakçısına çevrildi və nəhayət, məhkəmədə qalib gəldi. Fond məhkəmənin qanuni qüvvəyə minmiş qərarını bir ilə yaxın əsassız uzatsa da, nəhayət, icra etmək məcburiyyətində qaldı.

Ölkə rəhbərinin sərəncamı ilə nazir dəyişildi, Səlim Müslümov vəzifədən uzaqlaşdırıldı, yerinə Sahil Babayev təyin edildi. Amma təzə nazir ölkənin Sosial Müdafiə Fondu rəhbərliyinə və yerli orqanlarına rəsmi göstərişləri ilə vətəndaşların sosial müdafiə hüquqlarının daha çox pozulması hallarına gətirib çıxardı. Fondun mərkəzi və yerli orqanlarında işləyən məmurlar vətəndaşların haqlı-haqsız müraciətlərinə “yox” deyərək ardınca “get ver məhkəməyə” deməkdə davam etdilər.

AİJA prezidenti, təcrübəli jurnalist E.İsmayılov bu insedenti araşdıraraq yerli mediada “SOSİAL MÜDAFİƏ NAZİRİNİN SOSİAL HÜCUM ƏMRİ” başlığı altında təkzibolunmaz faktlara söykənən tənqidi yazı dərc etdirdi. http://www.tezadlar.az/index.php?newsid=43632

Nazirlik rəsmiləri haqlı tənqiddən nəticə çıxararaq işdə dönüş yaratmaq əvəzinə, konstitusiyamızın ziddinə, tənqidə görə jurnalisti təqib etmək fikrinə düşdü. Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinin II hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Məsələ belədir: AİJA idarə aparatı rəhbərinin xəstə olduğu 14 təqvim günündən sonraya aid sosial sığorta ödənişlərindən qaninsuz yayınmaq məqsədilə iki il əvvəl təsisçi, idarə heyəti üzvü və 1-ci vitse prezidentinin sərəncam imzalamasına, xəstəlik vərəqəsində AİJA baş katibi və idarə heyəti üzvünün imzasına görə eyni strukturda olduqları Dövlət Əmək Müfəttişliyinə müraciət edərək ictimai təşkilatımızın və onun rəhbərinin guya İXM 192.1-ci maddəsini pozması, əmək müqaviləsi olmadan 1-ci vitse prezidentin və baş katibin işlərin görülməsinə cəlb etdiyinə görə inzibati xəta törətməsi barədə İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin ziddinə 13 fevral 2020-ci il tarixli protokollar tərtib etmiş və 25 fevral 2020-ci il tarixli MN 0461697 №-li qərar vermiş, AİJA rəhbəri vəzifəli şəxs qismində 3 500 manat, Yasamal Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 3(004)-710/2020 saylı qərarı (hakim Rauf Daşdəmirov) ilə Azərbaycan İdman Jurnalistləri Assosiasiyası 20.000 manat məbləğində cərimə edilmişdir.

***

Bu işdə inzibati xəta tərkibinin olmaması bir yana, inzibati tənbeh haqqında həmin qərarlar İnzibati Xətalar Məcəlləınin müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad etmə barədəki 38-1 ci və 38.2-ci maddələrinin tələblərinə kökündən ziddir. 38.1-ci maddə belədir: “İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər...” AİJA-nın qanuni seçilmiş birinci vitse-prezidenti AİJA adından sərəncama 31.07.2018-ci ildə imza atmış, səlahiyyəti olsa da, bundan sonra tərəfindən hər-hansı sənəd imzalanmamışdır. Ümumi yığıncaqda seçilmiş baş katibimiz isə son dəfə SN 00006 560714 №-li əmək qabiliyyətinin olmaması vərəqini 04.11.2019-cu ildə imzalamış, sonra, tam səlahiyyətli olsa da, onun tərəfindən hər-hansı sənəd imzalanmamışdır. Yəni, qarşı tərəfin hesab etdiyi bu “inzibati xəta” davam etməmiş, Nərgiz Mahmudzadənin sənəd imzalamasından məhkəmənin bu qərarının çıxarıldığı tarixədək 1 il 9 ay 18 gün, Rövşən Novruzovun son dəfə sənədə imza atdığı 04.11.2019-cu il tarixdən isə 4 ay 8 gün keçmişdir. İnzibati orqan və məhkəmə qanunu pozaraq belə yanlış qəraralar vermişlər.

Bütün bunlar əhatəli şəkildə apellyasiya şikayətimizdə göstərilmiş və təsdiqedici sənədlər əlavə edilmişdir. Ümidvarıq ki, Bakı Apellyasiya Məhkəməsi qanunun aliliyinə söykənərək şikayətimizi təmin edəcəkdir.

Eldar İsmayılov,
AİJA prezidenti,
Azərbaycan Respublikasının Əməkdar Jurnalisti //tezadlar.az//












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.