Üç il öncə alternativ yayım stansiyasının qurulması üçün büdcədən xeyli vəsait ayrılmışdı - Haradadır alternativ yayım stansiyaları?

11-08-2020, 00:01           
Üç il öncə alternativ yayım stansiyasının qurulması üçün büdcədən xeyli vəsait ayrılmışdı -
"Ölkənin efir məkanı bu gün səhərdən profilaktika məqsədilə NRYTN-in Teleradio İstehsalat Birliyi tərəfindən söndürülüb.

NRYTN yenə də MTRŞ-ə bir kağız parçası göndərərək bildirib ki, avadanlıqların tozunu silmək üçün gün ərzində efir "rubilnikdən" söndürələcək".

Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib:

"Efirə cavabdeh qurum olan MTRŞ isə həmişə olduğu kimi susur. Düşünürdüm ki, bəlkə MTRŞ-in yeni rəhbərliyi bu cür absurd situasiyanın qarşısını ala biləcək. Amma görünür ki yanılmışam.

Hökumətin, informasiya təhlükəsizliyinə, inhisarçılığa cavabdeh qurumların diqqətinə çatdırmaq istərdim ki, ildə bir necə dəfə bütün ölkə üzrə gün ərzində qapamaq çox yanlış, qüsurlu bir addımdır".

Gərək mütləq efirin söndürüldüyü zaman Azərbaycan üçün çox vacib olan bir hadisə baş versin ki, ondan sonra bunun yanıış siyasət olduğu üzə çıxsın?

Haradadır alternativ yayım stansiyaları?

Bu suallara cavab verən ekspert bildirib ki, iki -üç il öncə alternativ yayım stansiyasının qurulması üçün büdcədən xeyli vəsait ayrılmışdı.

Son olaraq ekspert qeyd edib ki, bu cür kustar yanaşma, yayım avadanlıqlarını yoxlayıb-tozunu silmək üçün "rubilnikdən" efiri söndürmək Azərbaycanın indiki inkişaf səviyyəsinə uyğun bir vəziyyət deyil.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.