Qələbədən əldə etdiklərimiz: İlkin nəticələr; Təhlükələr; Çıxarılacaq dərslər...

1-10-2020, 07:09           
Qələbədən əldə etdiklərimiz:
İlkin nəticələr:
1) Hərbi üstünlük qazandıq, söhbət tək ərazilərimizin bir qisminin azad edilməsindın getmir, həm də psixoloji üstünlükdın gedir - düşmən ölkə anladı ki, Qarabağı unutmamışıq, vuruşa bilirik, bu günün Azərbaycanı 90-ların vəziyyətində deyil,
2) Beynəlxalq ictimayyət də ayıldı - Qarabağ məsələsini unutdurmağa çalışırdılar, anladılar ki, unutmamışıq,
3) Xalq olaraq özgüvən yarandı, əziklik və məğlubiyyət sindromu canımızdan çıxmalıdı,
4) Ermənistan anladı ki, danışıq oyunları bitdi, indi qərar verməlidirlər - ya müstəqil ölkə olub axmaq iddialarından əl çəkəcəklər, ya da əl buyruqçusu olaraq maşa kimi işlədiləcəklər, amma yenə də torpaq qazana bilməyəcəklər - sonda həm işğal etdikləri torpaqları, həm də gələcəklərini itirəcəklər,
5) Qarabağda yaşayan erməni əsilli azərbaycanlılar (azərbaycanlı vətəndaşlıq tanımıdır, etnik mənsubiyyət deyil) da qərar verməlidirlər - ya Azərbaycanın vətəndaşılığını qəbul edib gələcəkdə rifah içində yaşayacaqlar, ya da öz axmaq siyasətçilərinin əlində oyuncaq olmaqda davam edərək fiziki mövcudiyyət problemi ilə üzləşəcəklər.
Təhlükələr:
1) Gözləntiləri çox şişirtmişik, xəyal qırıqlığı yaranmaması üçün bu gün əldə etdiyimiz naliyyətləri ciddi önəmsəməliyik, bu döyüşə son döyüş kimi yox, davamlı proses, danışıqlarda ciddi üstünlük kimi baxmalıyıq,
2) Rusiya Paşinyanı dəyişsə yerinə gətirəcəyi şəxsə siyasi nüfuz və legitimlik yaratmaq üçün əks-həmlələr təşkil edə bilər,
3) Bir neçə gündən sonra döyüşü saxlamaq üçün beynəlxalq basqılar artacaq, ona görə də əldə etdiyimuz uğurları möhkəmlətmək üçün indidən işlərə başlamalıyıq.
Çıxarılacaq dərslər:
1) Media, xəbər siyasətimiz yaxşılaşsa da, yetərli deyil, bu yöndə işlər görülməlidir,
2) Təbliğat işini koordinasiya etmək üçün vahid mərkəz yaranmalıdı - burada siyasi mənsubiyyət ikinci dərəcəli məsələ olmalı, hədəf Qarabağla bağlı beynəlxalq təbliğatın koordinasiyası olmalıdı. Hökumət komplekslərdən əl çəkib müxalif, müstəqil şəxslərlə birgə işləməyi, müxalif kəsim də nəhayət ki, dövlətlə hökuməti bir-birindən ayırmağı öyrənməlidir.
Bu zaman kəsimi tariximizə gözəl günlər kimi düşəcək - xalq, millət, vətəndaş olmağa başladıq! Daha gözəl günlər isə hələ qarşıdadı! Allah əsgər və zabitlərimizi qorusun! Amin!
Natiq Cəfərli
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.