Prezidenti İlham Əliyev xalqa müraciət edib: "Biz Ermənistandan fərqli olaraq, heç kimdən kömək istəmirik"

26-10-2020, 15:58           
Prezidenti İlham Əliyev xalqa müraciət edib: "Biz Ermənistandan fərqli olaraq, heç kimdən kömək istəmirik"
Prezidenti İlham Əliyev xalqa müraciət edib:
“Gedin baxın da, F-16 nə edir: havadadır ya yerdədir. Hər kəs bilir ki, yerdədir və təlimlər üçün gəlib. Müharibə başlayandan qalıb. Türkiyə, qardaşlarımız onu mənəvi dəstək üçün saxlayıblar. Bir də ki, əgər bizə qarşı kənardan aqressiya olarsa, o F-16-ları görəcəklər onlar”
“Bizə konkret cədvəl verilməlidir ki, Ermənistan neçə günə hansı torpaqlardan çıxmalıdır. Bizdə dəqiq məlumat var ki, Ermənistan döyüş meydanında artıq bizim qarşımızda diz çöküb. Sadəcə olaraq, atəşkəsdən istifadə edib öz qüvvələrini yenə də səfərbər etmək, silahlanmaq istəyir və bizə qarşı yeni işğalçılıq siyasəti aparmaq istəyir”.
“Yığılmışıq boğaza. Vasitəsi neytral olmalıdır, neytral deyilsə, getsin, öz namizədliyini geri götürsün. Vasitəçi ölkələr yeni funksiya fikirləşsinlər ki, nə ilə məşğul olacaqlar. Beş rayonun azad edilməsi deyilirdi. Artıq onun dördü bizdədir. O məsələ artıq qurtardı. Biz özümüz – Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı çox hissəsi bizdədir. Eyni zamanda, Hadrut da bizdədir”.
“Azərbaycan beynəlxalq hüquqdan kənar heç bir addım atmır. Ermənistan torpaqlarına girmirik. Beynəlxalq birlik tərəfindən tanınan torpaqlarımızı bərpa edirik. ATƏT-in Minsk qrupunun həmsədrləri bunu etməyiblərsə, çəkilsinlər kənara, mane olmasınlar. Biz Ermənistandan fərqli olaraq, heç kimdən kömək istəmirik. Azərbaycan xalqının səbri ilə oynamasınlar. Sabah bu müharibə qurtaracaq”.
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.