Azərbaycan prezidenti: Bakı Qarabağda nizamlanma üçün “2+2” formulunu məqbul hesab edir

28-10-2020, 20:49           
Azərbaycan prezidenti: Bakı Qarabağda nizamlanma üçün “2+2” formulunu məqbul hesab edir
Azərbaycan prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə rəsmi Bakı üçün “2+2” formulunu məqbul hesab edir.

“2+2” formulu münaqişənin həllində Azərbaycan, Ermənistan, Türkiyə və Rusiyanın iştirakını nəzərdə tutur.

“Bizim üçün bu məqbul olardı, çünki Türkiyə və Rusiya – bizim qonşularımız, sıx əlaqələrimizin olduğu, öz aralarında yaxşı əməkdaşlıq potensialı olan ölkələrdir”, – Əliyev “İnterfaks” və “İnterfaks-Azərbaycan” agentliklərinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, son illərin tarixinə nəzər salmaq kifayətdir: Türkiyə və Rusiya bir çox məsələlərdə, həm ikitərəfli gündəlikdə, həm regional təhlükəsizlik məsələsində yüksək səviyyədə qarşılıqlı anlaşmaya nail olublar.

“Biz bunu həm Suriya, həm Liviya, həm beynəlxalq terrorçuluqla mübarizə ilə əlaqədar məsələlərin həllində görürük, hələ enerji layihələri, iqtisadi, investisiya xarakterli layihələri demirəm. Hətta mən bu eskalasiyadan öncə demişəm ki, biz hər zaman Türkiyə və Rusiyanın yaxınlaşmasını alqışlamışıq. Hesab edirəm ki, bu, regional təhlükəsizliyin mühüm amilidir. Bizim üçün, nəinki bizim, həm də bütün region üçün erməni separatizmi və ekstermizminin əsas təhlükə olduğunu nəzərə alsaq, hesab edirəm ki, Türkiyə və Rusiyanın səylərinin birləşdirilməsi regionun xeyrinə olardı və Dağlıq Qarabağ münaqişəsinin siyasi həllini tezləşdirə bilərdi”, – Azərbaycan prezidenti əlavə edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.