Bakıda məşhur market yandı – Yaralılar var

19-05-2019, 00:00           
Bakıda məşhur market yandı – Yaralılar var
Bakının Buzovna qəsəbəsində yerləşən “Favorit” marketdə yanğın baş verib.

Hadisə nəticəsində zərərçəkənlər var. Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə yerinə 7 təcili yardım briqadası cəlb edilib:

“Hadisə nəticəsində 4 nəfər hospitalizasiya edilib. İki qadın və bir kişi toksikologiya şöbəsinə, daha bir qadın isə qıcolma ilə 26 BŞX-ya yerləşdirilib. Bir neçə nəfərə yerində yardım göstərilib”.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda isə bildirilir ki, yanğın Buzovna qəsəbəsində üçmərtəbəli ticarət mərkəzinin zirzəmisində baş verib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Hazırda binada tüstülənmə müşahidə edilir. Binada olan insanlar təxliyə edilib.

Yanğınsöndürmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi işləri davam etdirilir.

Oxu.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.