“Ege hospital”da DAHA BİR ÖLÜM - müalicə alan 20 yaşlı gənc ölüb

12-09-2019, 16:45           
“Ege hospital”da DAHA BİR ÖLÜM - müalicə alan 20 yaşlı gənc ölüb
Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Ege hospital”da ölüm hadisəsi baş verib.

“Report”un xəbərinə görə, hospitalda müalicə alan Sabirabad rayon sakini, 20 yaşlı Şamxal Məmmədov vəfat edib.

Hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

“Report” məsələ ilə bağlı “Ege hospital”a müraciət edib, lakin xəstəxanadan açıqlama almaq mümkün olmayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.