İstiliklə bağlı unikal sənəd Nazirlər Kabinetində - Əhaliyə şad xəbər

14-11-2019, 17:58           
İstiliklə bağlı unikal sənəd Nazirlər Kabinetində - Əhaliyə şad xəbər
“İstilik Enerjisinin İstifadə Qaydaları” haqqında sənəd Nazirlər Kabinetinə təqdim edilib və orada baxılaraq, rəy və təkliflərin verilməsi üçün aidiyyəti qurumlara göndərilib.

Bunu Oxu.Az-a açıqlamasında “Azəristiliktəchizat” ASC-nin sədr müavini İlham Mirzəliyev bildirib.

Onun sözlərinə görə, qaydalar ilkin razılaşdırma mərhələsindən keçib:

“Hazırlanan qaydalar qurumlarla sonuncu razılaşdırma mərhələsindədir. Bu sənəd İqtisadiyyat, Maliyyə, Ədliyyə Nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və “Azəristiliktəchizat” ASC-nin rəhərlikləri imzalayandan sonra Nazirlər Kabinetinə təqdim ediləcək”.

İ.Mirzəliyeva qeyd edib ki, “İstilik Enerjisinin İstifadə Qaydaları” vacib və mükəmməl sənəddir:

“Bütün münasibətlər bu qaydalarla tənzimlənəcək. Burada temperaturun rejimi, pis istilik verilsə, onun haqqı necə ödənilməli, texniki şərtin alınması, istiliyin dəyəri, şikayətlərin bildirilməsi və sair məsələlər o qaydalarda tam olaraq öz əksini tapacaq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.