Köçəndən iki il sonra evlərində gizli seyf aşkarladılar - VİDEO

20-11-2019, 00:36           
Köçəndən iki il sonra evlərində gizli seyf aşkarladılar - VİDEO
İngiltərənin Xaknoll şəhərinin Nottinqemşir qraflığının sakinləri iki il yaşadıqları evlərində maraqlı tapıntı ilə üzləşiblər.

Bu barədə yerli “Nottingham Post” qəzeti məlumat verir.

Bildirilir ki, 2017-ci ildən bəri yaşadığı evində nasaz elektik yuvasından əziyyət çəkən Darren Stils, nəhayət, usta çağırmaq qərarına gəlib. Evə çağırılan mütəxəssis təmir zamanı maraqlı tapıntını üzə çıxarıb: belə ki, elektrik yuvasının müdafiə örtüyünü çıxardıqda gizli seyf ortaya çıxıb.

Stils özünün “Twitter” hesabında gözlənilməz tapınının videosunu paylaşıb.

“Bu evdə yaşadıqdan iki sonra mən, nəhayət, elektrik dəvət elədim… ki, gizli seyf barədə öyrənim”.

Video sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. Həmin posta isə 800 min baxış qazanıb və yüzlərlə şərh gəlib. (oxu.az)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.