“General Dynamics” Britaniya ordusuna 2 robot təhvil verib

6-06-2020, 11:09           
“General Dynamics” Britaniya ordusuna 2 robot təhvil verib
“General Dynamics” şirkətinin Britaniya nümayəndəsi Böyük Britaniyanın Silahlı Qüvvələrinə 2 ədəd robot təhvil verib. Ordu.az xəbər verir ki, bu barədə şirkətin saytında məlumat yayılıb.
Bildirilir ki, 8x8 təkər formuluna malik tam elektrik enerjisi ilə işləyən robotlarla yanaşı təlim dəstəyi, ehtiyat hissələri və əlaqəli avadanlıqlar da təqdim olunub.
Robotlar əməliyyatlar zamanı hərbi qulluqçuların yükünü azaltmaq üçün nəzərdə tutulub.
Sevinc Əliyeva
Ordu.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.