Koronavirusa qarşı yeni dərmanlar tapılıb - MÜJDƏ

9-07-2020, 17:06           
Koronavirusa qarşı yeni dərmanlar tapılıb - MÜJDƏ
Cənubi Florida Universitetinin alimləri və onların Arizona Universitetindən olan həmkarları "SARS-CoV-2"yə qarşı bir neçə potensial dərman tapıblar.

Trend-in "Lenta.ru"ya istinadən verdiyi məlumata görə, aşkarlanmış birləşmələr insanın hüceyrələrində koronavirusun replikasiyasını dayandıra bilər.

Tədqiqatçılar müəyyən ediblər ki, "FDA" tərəfindən təsdiqlənmiş hepatit C virusuna qarşı tətbiq edilən "boceprevir" dərmanı və viruslara qarşı istifadə olunan "GC-376" dərmanı virusun yayılmasında və yeni hüceyrələrin yoluxmasında əsas rol oynayan "Mpro" proteazını hədəf alır. Mütəxəssislər uzun müddətdir ki, "Mpro"nu "SARS" və "MERS"ə səbəb olan "SARS-CoV-2"yə genetik cəhətdən oxşar viruslara qarşı yönəlmiş dərmanların hədəfi kimi qəbul edirlər.

"GC-376" yoluxucu peritonitə səbəb olan ölümcül koronavirusa yoluxmuş pişiklərin müalicəsi üçün potensial dərmandır.

Koronavirusa qarşı dərmanlar arasında həmçinin "calpain II" və "calpain XII" inhibitorları da yer alıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru