Belarusa 85 min ton Azərbaycan nefti daşıyan tanker 4-5 avqustda Odessaya çatacaq

3-08-2020, 12:47           
Belarusa 85 min ton Azərbaycan nefti daşıyan tanker 4-5 avqustda Odessaya çatacaq
Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Belarus üçün 85 min ton neftini daşıyan tankerin avqustun 4-5-də Odessa limanına çatacağı gözlənilir.

“APA-Economics”in TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə "Belneftexim" konserninin mətbuat katibi Aleksandr Tişenko məlumat verib.

"85 min ton Azərbaycan neftini daşıyan tanker avqustun 2-də Supsadan yola çıxıb. Tankerin avqustun 4-5-də Cənub limanına (Odessa) çatması gözlənilir"

Qeyd edək ki, mart ayından etibarən "SOCAR Trading" (SOCAR-ın törəmə şirkəti) Odessa limanı və “Odessa-Brodı” boru kəməri ilə Mozır Neft Emalı Zavoduna bir neçə partiya neft tədarük edib. Bundan əvvəl "Belneftexim" konserninin rəhbəri Andrey Rıbakov ARDNŞ-nin bu il Belarusa 1 mln. tonadək neft tədarük edə biləcəyini bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru