Gəncəyə dəhşətli düşmən hücumu nəticəsində ölən və yaralananların sayı artıb - VİDEO

17-10-2020, 09:56           
Gəncəyə dəhşətli düşmən hücumu nəticəsində ölən və yaralananların sayı artıb - VİDEO
Ermənistan silahlı qüvvələrinin Gəncəyə atdığı raket şəhərin digər yaşayış massivi olan Cavad Xan qəsəbəsinə düşüb.

Baku TV-nin hadisə yerinə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, nəticədə, beşə yaxın ev dağıdılıb.

Cavad Xan qəsəbəsindəki hadisə zamanı Maral adlı yaşlı qadının həlak olduğu bildirilir.

İlkin məlumata görə, ikinci raketin atıldığı ərazidə altı nəfər yaralanıb. Evlər tamamilə dağılıb. Avtomobillər dağıntıların altında qalaraq, yararsız hala düşüb. Raketin düşdüyü binaların yaxınlığındakı tikililər də ciddi ziyan görüb.

Hazırda axtarış-xilasetmə və dəyən ziyanın dəqiqləşdirilməsi istiqamətində iş aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru