Rusiyanın işğalı altında olan Melitopolda güclü partlayış olub 29-09-2022, 12:22 Ukraynanın Rusiyanın işğalı altında olan Melitopol şəhərində partlayış olub.Bu barədə şəhərin meri İvan Fedorov özünün “Telegram” kanalında xəbər verib.“Melitopolun sənaye və iqtisadi kollecinin yaxınlığındakı yaşayış massivində güclü partlayış baş verib”, - deyə o bildirib.İlkin məlumata görə, avtomobil partlayıb.“Biz detallarını dəqiqləşdiririk”, - deyə Fedorov əlavə edib.Yerli mediada yayılan məlumata görə, kollecin binasında təhsil departamentinin rəhbəri Yelena Şapurova oturur, partlayan maşın da ona məxsusdur.Mənbə: “RBK” Ukrayna Facebook-da paylaş