Meksikada qasırğa: Təhsilə ara verildi - FOTO

5-10-2022, 12:14           
Meksikada qasırğa:
Sakit okeanda yaranan “Orlene” qasırğası Meksikanın Sinaloa əyalətinin İsla del Boske qəsəbəsinə çatıb.

1-ci kateqoriya səviyyəsinə çatan qasırğa güclü yağış və tufana səbəb olub. Səlahiyyətlilər bəzi yaşayış məntəqələrində elektrik və suyun kəsildiyini, ağacların aşması səbəbindən bəzi yolların bağlandığını, riskli ərazilərdə yaşayan 400 nəfərin təxliyə edildiyini bildiriblər.

Qasırğanın digər əyalətlərə də təsir edəcəyi gözlənilir. Vətəndaşlara ehtiyatlı olmaları barədə xəbərdarlıq edilib. Bir sıra şəhərlərdə qasırğa səbəbi ilə təhsilə ara verilib.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru