ABŞ və Avropada quş qripinə görə yumurta və toyuq əti qıtlığı yaranıb

5-12-2022, 10:05           
ABŞ və Avropada quş qripinə görə yumurta və toyuq əti qıtlığı yaranıb
Quş qripi qərb ölkələrini bir-birinin ardınca zəbt edir.

Avropada xəstəlik heç vaxt bu qədər geniş miqyasda və belə sürətlə yayılmayıb. Əksər təsərrüfatlar heyvanları məhv etməyə ya ciddi karantin rejiminə keçməyə, alıcılar isə kəmərlərini sıxmağa məcbur olurlar.

Məlumata görə, Aİ tezliklə quşçuluq təsərrüfatı məhsullarının əksəriyyətindən məhrum ola bilər. Belə ki, təkcə Fransada artıq bir milyondan çox toyuq məhv edilib. Dörd ferma tamamilə bağlanıb. Daha 20 istehsalçı uzunmüddətli karantinə keçib.

Britaniyada vəziyyət daha pisdir. Krallıqda çox az toyuq yumurtası qalıb. Hinduşka əti isə artıq Polşadan gətirilir.

Okeanın o tayında - ABŞ-da bu epidemiya artıq ölkə tarixində ən ölümcül hadisə adlandırılıb. Son bir il ərzində ABŞ-da 50,5 milyondan çox quş tələf olub. İnfeksiya dalğası demək olar ki, bütün ştatları bürüyıb.

Mənbə: RenTV












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru