Belçikalı valideynlər biletə görə körpələrini İsrailin hava limanında tərk ediblər

3-02-2023, 12:58           
Belçikalı valideynlər biletə görə körpələrini İsrailin hava limanında tərk ediblər
İsrailin Təl-Əviv şəhərində Belçikadan olan valideynlər bileti olmadığı üçün təyyarəyə minə bilməyən körpəni qeydiyyat bölməsində qoyublar.

Brüsselə uçan təyyarəyə minmək üzrə olan həmin şəxslər övladlarına yeni bilet almamaqda israr ediblər. Onlar körpəni Ben-Qurion hava limanının qeydiyyat hissəsində qoyub və pasport növbəsinə daxil olublar.

Hadisənin fərqinə varan İsrail polisi cütlüyü nəzarətə alıb.

Aviaşirkət rəsmilərindən biri bildirib ki, ilk dəfədir ki, belə bir hadisə ilə qarşılaşırlar.

Nəzarət zolağında qalan körpənin vəziyyətinin yaxşı olduğu açıqlanıb.

İsrail polisinin sözçüsü bildirib ki, polis hadisə yerinə gələnə qədər problem həll olunub. “Körpə valideynlərinin yanında olub və heç bir araşdırma aparılmır”, - deyə o bildirib.

Mənbə: Jerusalem Post












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru