Qubernator: “Dronlar Sevastopola hücum edib”

22-03-2023, 10:14           
Qubernator: “Dronlar Sevastopola hücum edib”
“Suüstü dronlar Sevastopola hücum edib, Qara dəniz donanması bu hücumun qarşısını alıb”.

“Report”un xəbərinə görə, bu barədə Sevastopolun qubernatoru Mixail Razvojayev teleqramda məlumat verib.

O iddia edib ki, qarşı tərəfin 3 obyekti məhv edilib:

“Onlar körfəzdən keçməyə cəhd ediblər, matroslarımız onları atıcı silahlardan atəşə tutublar”.

Qubernatorun sözlərinə görə, partlayışlardan sonra Sevastopolda bir neçə binada şüşələr qırılıb, amma insanlar arasında xəsarət alan yoxdur.

Daha əvvəl Sevastopolda dəniz nəqliyyatının hərəkətinin dayandırıldığı barədə məlumat verilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru