Dağıstanda kənddə atışma olub, ölənlər və yaralananlar var
28-09-2023, 08:16
Rusiya Federasiyası Dağıstan Respublikasının Levaşi kəndində 2 nəfərin ölümü ilə nəticələnən atışma baş verib.
Gununsesi.info xəbər verir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, insidentdə biri polis əməkdaşı – Levaşi Polis Bölməsinin maddi-texniki təminat şöbəsinin rəisi – olmaqla 2 nəfər öldürülüb. Bundan başqa, hadisədə bir neçə nəfərin yaralandığı qeyd olunub.