Mxitaryan rahatlıqla Bakıya gələ biləcək...

26-04-2019, 11:10           
Mxitaryan rahatlıqla Bakıya gələ biləcək...
İngiltərənin "Arsenal" klubu Henrix Mxitaryanın Bakıda keçiriləcək Avropa Liqasının final matçında iştirakına imkan verən viza dəstəyini UEFA-dan alıb.

"Report"un "The Times" nəşrinə istinadən verdiyi məlumata görə, Avropa futbol qurumu Azərbaycan tərəfinin erməni futbolçunun Bakıya gəlişinin problem yaratmayacağı zəmanətini almaq və buna əmin olmaq istəyir.

London təmsilçisi yarımfinal mərhələsində İspaniya "Valensiya"sını üstələsə, finala yüksələcək. Həlledici qarşılaşma mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Qeyd edək ki, "Arsenal" bu mövsüm Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la Bakıdakı görüşə Henrix Mxitaryanı gətirməyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.