"Qarabağ"ın Avropa Liqasındakı rəqibi bəlli olub

14-08-2019, 01:16           
"Qarabağ"ın Avropa Liqasındakı rəqibi bəlli olub
"Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi bəlli olub.

"Report" xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda bu raundda "Linfild"lə üz-üzə gələcək.

Şimali İrlandiya çempionu Avropa Liqasının III təsnifat mərhələsində Monteneqro “Sutyeska”sını hər iki görüşdə məğlub edib - 2:1, 3:2.

Qeyd edək ki, Avropa Liqasının pley-off mərhələsində ilk oyunlar aqustun 22-də, cavab görüşləri isə bir həftə sonra keçiriləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.