Azərbaycan futbolunda növbəti biabırçılıq – hakimi döydülər

20-11-2019, 15:10           
Azərbaycan futbolunda növbəti biabırçılıq – hakimi döydülər
AFFA-nın İntizam Komitəsi Birinci Liqada çıxış edən “Baku Fans”ın futzalçısı Eldost Paşayevi 10 oyunluq cəzalandırıb.

Unikal.org milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb sözügedən oyunçunun “Baku Fire-2” ilə matçda rəqibi ayaqla bilərəkdən vurması, ardınca isə hakimi təhqir edərək, ona fiziki təzyiq göstərdiyi üçün birbaşa qırmızı vərəqə almasıdır.

Futzal üzrə Yüksək Liqada “Neftçi” klubunun futzalçısı Rüfət Balakişiyev isə “Araz”la qarşılaşmada hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru