"Barselona"nın hücumçusu ÇL tarixində ən gənc qol müəllifi olub - FOTO

11-12-2019, 07:44           
"Barselona"nın hücumçusu ÇL tarixində ən gənc qol müəllifi olub - FOTO
İspaniyanın “Barselona” futbol klubunun hücumçusu Ansu Fati Çempionlar Liqasının tarixinə ən gənc (17 yaş 40 gün) qol müəllifi kimi düşüb.

“Report” xəbər verir ki, bu barədə “Opta Sports” statistik xidmətinin “Twitter” sosial şəbəkəsindəki rəsmi səhifəsi bildirib.

Fati İtaliyanın "İnter" komandası ilə qarşılaşmada fərqlənib. On yeddi yaşlı futbolçu matçın 86-cı dəqiqəsində komandasının növbəti qolunu vurub. Hücumçunun Samir Xandanoviçin qapısına zərbəsi görüşün taleyini həll edib.

Bununla "Barselona" 2:1 hesabı ilə qələbə qazanıb. "İnter" isə mübarizəni Avropa Liqasının 1/16 final mərhələsində davam etdirəcək.

Çempionlar Liqası tarixində əvvəlki rekord Piter Ofori-Kuayeyə məxsusdur. O, bundan əvvəl ÇL tarixinə ən gənc (17 yaş 195 gün) qol müəllifi kimi düşmüşdü.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.