Bu da oldu: böyükhesablı qələbə qazanan baş məşqçini qovdular

11-12-2019, 11:01           
Bu da oldu: böyükhesablı qələbə qazanan baş məşqçini qovdular
“Napoli” (İtaliya) baş məşqçisi Karlo Ançelottini istefaya göndərib.
"Yeni Sabah" xəbər verir ki, Neapol təmsilçisi 60 yaşlı mütəxəssislə Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda doğma meydanda “Genk”i (Belçika) 4:0 hesabı ilə məğlub etdiyi matçdan sonra yollarını ayırıb.

“Napoli” yer aldığı E qrupunda 12 xalla 2-ci yeri tutaraq pley-off mərhələsinə vəsiqə qazanıb. Lakin komanda çempionatda 15 oyuna 21 xal toplayıb və 7-ci sırada qərarlaşıb. Bu, italiyalı çalışdırıcının göndərilməsini sürətləndirib.

Qeyd edək ki, Ançelotti 2018-ci ilin mayında “Napoli” ilə 3 illik müqavilə bağlamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru